Səudiyyə ordusunun gücü Husilər qarşısında zəifdir

Amerikalı siyasi analitik Qreqori Conson Yəməndə quru müdaxiləsinə başlamağın Səudiyyə Ərəbistanı, Misir və digər koalisiya ölkələri üçün pis nəticələr verəcəyini bildirib.
 
Maide.az xəbər verir ki, Conson Husilərin öz torpaqlarında vuruşması ilə bərabər, onların təhsilli bir təşkilat olduğuna da diqqət çəkib.
 
Qreqori Conson Səudiyyə Ərəbistanının Husilərlə sərhəd problemlərindən sonra 2009-cu ildə döyüşdüyünü, Səudiyyə ordusunun göstəricilərinin Husilər qarşısında zəif olduğunu, Husilərin 10 ildən artıq müddətdən bəri vuruşduqlarını bildirib.
 
Yəmənə müdaxiləni ABŞ-ın Əfqanıstana etdiyi müdaxiləyə bənzədən amerikalı analitik, Yəməndə baş verəcək hadisələrin ABŞ-ın Əfqanıstanda üzləşdiyi çətinliklər və məğlubiyyətdən daha böyük olacağını bildirib.

Google+ WhatsApp ok.ru