Səudiyyə rejimi məqsədyönlü şəkildə Yəməndə infrasturukturu bombalayır

Ərəbistan məqsədyönlü şəkildə Yəmənin infrasturukturlarını məhv edir.
Maide.az  Əl-Məsirə televiziyasına istinadən məlumat verir ki, Səudiyyə Ərəbistanının hərbi təyyarələri Yəmənin Eb vilayətində mənzilləri, əkin sahələrini, yanacaqdoldurma məntəqələrini və qaz daşıyan maşınları bombardıman edir.
Hücumlar nəticəsində çoxlu sayda mülki, o cümlədən uşaq şəhid olub. Yəmən vətəndaşları Əl-Məsirə TV-yə müsahibədə deyiblər ki, Səudiyyə rejimi qırıcıları məqsədyönlü şəkildə Yəməndə evlər və infrasturukturu hədəfə alır. Bəziləri də deyiblər ki, yaşayış məntəqələrinin gecə yarısı bombardıman edilməsi Ali-Səud başçılarının vəhşiliyindən və onların Yəmən xalqından intiqam almaq niyyətlərindən xəbər verir.
Əl-Məyadin televiziyası təcili bir məlumat yayaraq bildirib ki, Səudiyyə Ərəbistanı və onun müttəfiqləri hava və qurudan Yəmənin cənubunda yerləşən Ədən şəhərinin bəzi məntəqələrini bombardıman edib. Əl-Aləm televiziyası da təcili məlumatda bildirib ki, Səudiyyə Ərəbistanının Razeh sərhəd bölgəsinə artilleriya hücumunda iki nəfər həlak olub./
 

Google+ WhatsApp ok.ru