Səudiyyə Ərəbistanı səfiri Venesueladan qovuldu

Səudiyyə Ərəbistanının rəhbərliyi altında Yəməndə həyata keçirilən hücuma diplomatik olaraq ən sərt reaksiya Venesueladan gəlib.
Deyerler.org-un Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, Venesuela hökuməti paytaxt Karakasda olan Səudiyyə Ərəbistanı səfirini ölkədən deportasiya edib. Venesuela bu addımı keçən il Qəzzada hücumlar həyata keçirən İsrail səfirinə qarşı tətbiq etmişdi.
Səudiyyə Ərəbistanı səfirinin Venesuela prezidenti Nikolas Maduro göstərişi əsasında deportasiya edildiyi qeyd olunub. Səudiyyə Ərəbistanının Venesueladakı səfiri Camal Bin İbrahimin dünən gecə saatlarında ölkəni tərk etdiyi bildirilir./

Google+ WhatsApp ok.ru