Səudiyyənin Əvamiyyə bölgəsində bir polis ölüb, 5 polis isə yaralanıb

Səudiyyə Ərəbistanın şərqində əl-Əvamiyyə bölgəsində təhlükəsizlik qüvvələri ilə müxaliflər arasında baş verən qarşıdurmada bir polis ölüb.
Maide.az xəbər verir ki, Səudiyyə Ərəbistanın əl-Əvamiyyə bölgəsində müxaliflər və təhlükəsizlik qüvvələri arasında baş verən qarşıdurmada bir polis ölüb, 5 polis isə  yaralanıb.
Məlumata əsasən Səudiyyə rejiminin  təhlükəsizlik qüvvələri tərəfindən müxaliflərdən 4 nəfəri həbs edilib. .
Əl-Əvamiyyə Səudiyyə Ərəbistanın şərqində yerləşir. Səudiyyə Ərəbistanın əsas böyük neft yataqları bu bölgədə yerləşir. Ali-Səud rejimi şiələrə qarşı təzyiqləri uzun illərdir davame etdirir, onlar siyasətdən uzaqlaşdırılıb. Şiələr Səudiyyədə çox ağır iqtisadi çətinliklərlə üz-üzədirlər. /
 

Google+ WhatsApp ok.ru