Səudiyyə Yəmənə desant endirib

Maide.az xəbər verir ki, Yəmənin qaçmış prezidenti Mənsur Hadinin tərəfdarları olan əks-inqilabçılar bildiriblər ki, Ərəbistan qırıcılarının 33-cü zirehli diviziyanı bombalamağı davam etdirdikləri bir halda bir qrup səudiyyəli desant Zalə vilayətində Ərəbistan təyyarələrindən yerə enib.
 
Bu zirehli diviziyanın qüvvələri Yəmənin sabiq prezidenti Əli Abdullah Salihin tərəfdarlarıdırlar.
 
Səudiyyəli desantlar habelə Ədən şəhərində oxşar əməliyyat həyata keçiriblər. Əməliyyatın keçirilməsində məqsəd, Hadinin tərəfdarları olan əks-inqilabçıları himayə və onlara silah və sursatın göndərilməsi olub. 

Google+ WhatsApp ok.ru