Səudiyyə şahzadəsinin Yəmən sərhədi yaxınlığında ölməsi təsdiqləndi 15 Aprel 2015 01:00 Yəmən Səudiyyə Ərəbistanı ordsunda general rütbəsində xidmət edən ərəbistanlı şahzadə bu həftənin əvvəlində Yəmən ordusunun Ərəbistan ordusunun sərhəd postuna hücumunda ölüb. Maide.az xəbər verir ki, Fars xəbər agentliyinin məlumatına görə, şahzadə Fəhd bin Tərəki bin Əbdüləziz üç digər səudiyyəli hərbçi ilə birgə hücum zamanı posta baxış keçirirmiş və hücum nəticəsində öldürülüb. Ərriyad rəsmiləri üç digər səudiyyəli hərbçinin ölümünü təsdiqləyib, lakin şahzadə Fəhd bin Tərəki bin Əbdüləzizin ölüm xəbərini elan etməkdən çəkiniblər. Şahzadə Fəhd bin Tərəki bin Əbdüləziz səudiyyə rejiminin təsisçisi Əbdüləzizin iyirmi birinci oğlu Tərəkinin övladı və Səudiyyə Ərəbistanının quru qoşunlarının komandanının müavini, eləcə də desant bölməsi komandiri idi. Şahzadə Fəhd bin Tərəki bin Əbdüləziz Feysəlin krallığa zamanından kral Fəhdin dövrünədək, 1983-cü ildə Ərəbistan müdafiə nazirinin müavini və bu ölkənin hava qoşunlarının komandanı olub./ Teqlər : #Səudiyyə şahzadəsinin Yəmən sərhədi yaxınlığında ölməsi təsdiqləndi, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Yəmən xalq ordusu Səudiyyənin Əl-Qaidə üçün atdığı silahları ələ keçirdi - Foto Səudiyyə Ərəbistanın Romadakı səfirliyi qarşısında etiraz aksiyası keçirilib
Dünya Ərzaq Proqramı: Yəmən xalqına humanitar yardım göstərilməsə milyonlarla insan aclıqdan ölə bilər
Ənsarullah: Səudiyyə rejimi və BƏƏ Yəmən xalqını mühasirədə saxlamaq və qətliam etmək üçün ABŞ-ın əlində bir vasitədir
Əl-Husi : Təcavüzkar Səudiyyə Ərəbistanı koalisiyası atəşkəs istəyirsə Yəmənin mühasirəsini ləğv etməlidir
Beynəlxalq Qırmızı Xaç Komitəsi: 'Yəməndəki müharibənin və xalqının iztirablarının sona çatması üçün çalışın'