Səudiyyə Ərəbistanın Romadakı səfirliyi qarşısında etiraz aksiyası keçirilib

İtaliyada yaşayan Yəmən vətəndaşı Ərəbistanın Romadakı səfirliyi qarşısına toplaşaraq, bu ölkənin Yəmənə təcavüzünü pisləyib və bu təcavüzə və hava hücumlarına son qoyulmasını tələb ediblər. 
Maide.az xəbər verir ki, etiraz aksiyasına qoşulan yüzlərlə İtaliya vətəndaşı və bu ölkədə yaşayan yəmənli, məzlum Yəmən xalqını dəstəkləyərək, Avropa və BMT-dən günahsız xalqın qətliamına son qoyulmasını tələb ediblər.
Etirazçılar həmçinin ABŞ, sionist rejim və Fars Körfəzi ətrafındakı ərəb ölkələrinin Səudiyyə rejiminin Yəmənə təcavüzünü dəstəkləməsini biabırçılıq adlandırıblar.
Onlar Avropa ölkələrinin Ərəbistanın Yəmənə təcavüzü qarşısındakı sükutunu və Qərb mediaları tərəfindən Yəmən olayları barədəki reallıqların təhrif olunmasını pisləyiblər. /
 

 

Google+ WhatsApp ok.ru