Səudiyyə rejiminə Yəmənə qarşı quru əməliyyatlarla bağlı xəbərdarlıq

İslam İnqilab Keşikçilər Korpusunun (Sepah) baş komandan əvəzi Səudiyyə Ərəbistanın Yəmənə qarşı ehtimal olunan quru hücumlarını bataqlıqda batmaq kimi dəyərləndirib.
Maide.az xəbər verir ki, Sepah-ın baş komandan əvəzi general-mayor Hüseyn Səlami ötən gün  Livanın Əlməyadin telekanalı ilə müsahibədə Yəməndə savaşın gedişi və Ərəbistanın müdaxiləsinə cavabvermənin müxtəlif ehtimalları haqında danışıb və deyib ki, Ərəbistan bataqlığa düşüb və əgər quru əməliyyatlara başlayarsa, bu bataqlıqda batacaqdır.
General-mayor Hüseyn Səlami eyni zamanda Ərəbistanın Yəməndə quru savaşına əl atmasını mümkünsüz sayıb və bildirib ki, Ərəbistan klassik orduya malikdir və Yəmən xalqının müqaviməti və bu ölkə ordusunun kiçik bölmələri qarşısında məğlub olacaq. 
Sepah-ın baş komandan əvəzi vurğulayıb ki, Yəməndə baş verənlər Amerikanın regiondakı strategiyalarnın məğlubiyyətinin nəticəsidir.
H. Səlami deyib ki, səudiyyəlilər və amerikalılar Yəməndə onlarla ahəngdar olacaq siyasi bir quruluşun yaradılması üzrə ortaq hədəflərə malikdirlər.
O əlavə edib ki, görünən odur ki, səudiyyə rejimi öz ənənəvi əlaqələrinə əsasən, ərəb məntəqəsinə hökmranlığını qəbul etdirmək və regionda nüfuzunu genişləndirmək üçün səy göstərir.
Sepah-ın baş komandan əvəzi həmçinin yəmənlilərin Ərəbistanla qarşılaşmaq üçün qeyri-məhdud seçimlərə malik olduqlarını bildirərək, qeyd edib ki, Yəməndə Ənsarullah hərəkatı döyüş üçün böyük hərbi qüdrətə malikdir. /
 

Google+ WhatsApp ok.ru