Səudiyyə Ərəbistanda Yəmənə dəstək etirazları keçirildi: Xeyli sayda həbs olunanlar var

Ər-Riyadın Yəməndə başlatdığı təcavüzkar hücumlara qarşı etirazlar Səudiyyə Ərəbistanın Əvamiyyə əyalətində davam etdirilib.
 
Deyerler.org-un Yaxın Şərq KİV-lərinə istinadən verdiyi xəbərə görə, Əhli-Beyt (ə) ardıcılları olan müsəlmanların sıx şəkildə yaşadığı Əvəmiyyə əyalətində keçirilən etirazların qarşısını almaq üçün təhlükəsizlik qüvvələrinin yüzlərlə çevik dəstələri cəlb olunub.
 
Xəbər mənbələrinin məlumatına görə, son iki gün ərzində Səudiyyə təhlükəsizlik qüvvələrinin Əvamiyyənin Qətif məntəqəsində bütün giriş çıxışları bağlayaraq bəzi gəncləri həbs etməyə başlayıblar. Səudiyyə təhlükəsizlik qüvvələri Matla kəndini də mühasirəyə alaraq kənddə olan bəzi qadınları və gəncləri həbs edib. Hadisə şahidləri təhlükəsizlik qüvvələrinin Dəyra məntəqəsində də xalqın evinə hücum etməyə başladığını qeyd edirlər.
 
Digər tərəfdən, Səudiyyə məhkəməsinin Qətif bölgəsində hökumət əleyhinə keçirilən etiraz aksiyalarına qatılan 11 mülki vətəndaşın 4-17 il arasında həbs müddətinə məhkum edildiyi bildirilib./

Google+ WhatsApp ok.ru