Səhiyyə Nazirliyi Azərbaycanda 63 müəssisənin sahibini cərimələyib

Bu ilin mart ayında sanitariya-epidemioloji xidmət orqanları tərəfindən yeyinti məhsullarının istehsalı, satışı, saxlanması və daşınması zamanı sanitariya norma və qaydalarının tələblərini pozan, o cümlədən laboratoriya müayinələrinin nəticələrinə görə gigiyenik normalara cavab verməyən məhsullar istehsal edən 63 müəssisənin sahibi inzibati qaydada cərimələnib.
 
Səhiyyə Nazirliyi Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri İmran Abdullayev apa-ya-ya deyib ki, 7 obyektin istismarının dayandırılması barədə qərar qəbul edilib, 16 nəfər işdən müvəqqəti kənarlaşdırılıb, 2 iş istintaqa göndərilib.
 
İ. Abdullayev qeyd edib ki, ötən ay orqanoleptik və fiziki-kimyəvi göstəricilərinə görə 216 yeyinti məhsulundan nümunə götürülüb və 2 qeyri-kafi nəticə əldə olunub. Mikrobioloji məhsullardan götürülən 229 nümunədən isə qeyri-kafi nəticə yoxdur.
 
Ötən ay ərzində şadlıq evlərindən 1347 yaxma nümunəsi götürülüb. Aparılan yoxlamalar nəticəsində 15 yaxma nümunəsində mikrobioloji çirklənmə aşkarlanıb.

Google+ WhatsApp ok.ru