Səudiyyəyə daha bir zərbə: Səudiyyənin Cizran əyaləti də Yəmən tayfa qüvvələrinin nəzarətində

Əl-Məyadin televiziya kanalı Yəmənin etibarlı mənbələrinə əsaslanaraq verdiyi xəbərdə Yəmənin şimal-qərbində yerləşən Saada əyalətinin Cəlah bölgəsindəki xalqın Səudiyyə Ərəbistanının cənub sərhəddində yerləşən Cizan rayonuna hücum edərək rayonda tam nəzarəti ələ aldıqlarını bildirib.
 
Deyerler.org-un ABNA-ya istinadən verdiyi xəbərə görə, toqquşmada 4 Səudiyyə əsgəri əsir götürülməklə yanaşı xeyli sayda Səudiyyə əsgəri də öldürülüb.
 
Həmin mötəbər mənbə Səudiyyə döyüş təyyarələrinin paytaxt Sənanın cənubunda yerləşən Zomar əyalətində məktəb və yaşayış məntəqələrinə ən azı 10 hücum təşkil etdiyini də bildirib. Mənbə hava hücumlaında 12 nəfərin öldüyünü, aralarında əksəriyyətinin uşaq olduğu 20-dən artıq mülki vətəndaşın da yaralandığını qeyd edib./
 

Google+ WhatsApp ok.ru