Səudiyyə Ənsarullah Hərəkatı banisinin türbəsini bombaladı

Səudiyyə döyüş təyyarələri, Ənsarullah Hərəkatının banisi şəhid Hüseyn Bədrəddin əl-Husinin qəbrini bombardman edib.

 

Əl-Məsirə televiziya kanalının verdiyi xəbərdə Səudiyyə döyüş təyyarələrinin Ənsarullah Hərəkatının banisi şəhid Hüseyn Bədrəddin əl-Husinin Saada əyalətinin Meran rayonunda yerləşən türbəsini hədəfə aldığı bildirilir. Bombardman nəticəsində türbənin partladığı bildirilib.

 

Yəmən xalqı Yəmən diktator rejiminə qarşı 9 il mübarizədən sonra şəhid olan Ənsarullah Hərəkatının banisi şəhid Hüseyn Bədrəddin əl-Husinin nəşini ötən il torpağa vermişdi.

 

Mütəxəssislər, Səudiyyə döyüş təyyarələrinin Saada əyalətini bombaladıqdan sonra, göy üzündə ağ tüstülərin göründüyünü, bildirərək hücumda fosfor bombasından istifadə edildiyini bildiriblər. /

 

 

 

 

 

 

 

 

 

 

Google+ WhatsApp ok.ru