Səudiyyə rejiminin Yəmənə yeni hava zərbələri: 90 ölü, 300 yaralı

Səudiyyə Ərəbistanının Yəmənin paytaxtı Səna şəhərini bomabardman etməsi nəticəsində həlak olanların sayı yüzə yaxınlaşıb. 
Maide.az TASS agentliyinə istinadən xəbər verir ki,  son sutka ərzində Səna şəhərində 90 nəfər mülki vətəndaş həlak olub, 300 nəfər isə yaralanıb. 
Nakm rayonunda qadın və uşaqlar arasında xeyli itkinin olduğu bildirilir. 
 
Xatırladaq ki, bu gündən etibarən 5 gün ərzində Səudiyyə və müttəfiqləri Yəməndə humanitar atəşkəsin başlandığını elan etsə də, hələki tam olaraq təcavüzkar hücumlarını dayandırmayıb. Səudiyyə Ərəbistanı tank və ağır texnikasını Yəmənlə sərhəd ərazilərinə yerləşdirir. 
 
Qeyd edək ki. Səudiyyə Ərəbistanı və müttəfiqlərinin Yəmənə mart ayının 26-dan başlatdığı təcavüz nəticəsində indiyədək minlərlə insan həlak olub, minlərlə insan isə yaralanıb. Səudiyyə və müttəfiqlərinin havadan və dənizdən Yəmənə tətbiq etdikləri blokada nəticəsində Yəməndə humanitar vəziyyət günü-gündən pisləşir. Dünyanın humanitar təşkilatlarının bu faciəyə laqeydliyi gözdən qaçmır./

 

Google+ WhatsApp ok.ru