Səudiyyəlilərin Yəmənin müxtəlif bölgələrinə raket hücumları davam edir

Maide.az-ın "əl-Aləmə" istinadla verdiyi məlumata görə, Səudiyyə Ərəbistanı qırıcı təyyarələri bazar ertəsi axşam Yəmənin Sədə vilayətində bir bazarı 4 dəfə və bu vilayətin digər bölgələrini 11 dəfə bombardman edib. 
 
Səudiyyəlilər həmçinin Ləhic vilayətində əl-Ənd hava bazası, Həccə vilayətinin Hirz şəhəri gömrüyünü Sənanın cənub-qərbində Fəcc Əttan məntəqəsini təyyarə və raketlə hədəfə alıblar. Bu hücumlarda bir qrup yəmənli həlak olub. Sədənin əl-Fər Kətab məntəqəsinin bombalanması nəticəsində bir yəmənli uşaq həlak olub, bir qadın da yaralanıb. 
 
Ərəbistan müttəfiqləri ilə birlikdə 26 martdan Yəmənə qarşı irimiyqaslı hücumlara başlayıb. Bu hücumlar nəticəsində minlərlə nəfər həlak olub və yaralanıb və təxminən 100 min yəmənli də didərgin düşüb.

Google+ WhatsApp ok.ru