Səudiyyəli yazarın Ayətullah Sistani barədə yazdıqları ərəbləri heyrətləndirdi

`Əl-Əzhər Şeyxinin və Şeyx Kardavinin Nəcəfə gedib Ayətullah Sistaninin əllərini öpməsi lazımdır`

Maide.az-ın məlumatına görə, İraq mediası Ayətullah Sistaninin ekstremist terror qruplarına qarşı mövqeyini şərh edən səudiyyəli yazarın məqaləsini dərc edib. 
 
Səudiyyə xanədanına yaxınlığı ilə tanınan "Arab News" jurnalının redaktor müavini Camal Kaşıkçının Ayətullah Sistani haqqındakı sözləri sələfi ərəbləri çaş-baş salıb. 
 
"Ayətullah Sistaninin tökülən qanları dayandırmaq üçün İŞİD terror təşkilatıyla mübarizəsi Səudiyyəni narahat edir. Bu, iraqlı alimlərin, xüsusilə Ayətullah Sistaninin əzəmət və ucalığını göstərir", - deyilən məqalədə aşağıdakı fikirlərə də yer verilib. 
 
"Əgər Ayətullah Sistani də radikal sələfi şeyxləri kimi hərəkət etsəydi və sünnilərin qətlə yetirilməsi istiqamətində fətvalar versəydi, faciənin ölçüsü nə olardı, heç düşündünüzmü?
 
Bir şiə üzərindəki partlayıcı qurğularla sünnilərin cümə namazlarına təcavüz etməzdimi?
 
Bizlər İraqı təhdid edən ekstremist terror dəstələri ilə qarşı-qarşıya olsaydıq, iraqlılar kimi mübarizə apara bilərdikmi?
 
İraqda şiələrə qarşı aparılan bu qədər qətliama baxmayaraq, iraqlıları sakitləşdirən, qarşısını alan ən böyük amil Ayətullah Sistanidir.
 
Əl-Əzhər Şeyxinin və Şeyx Kardavinin Nəcəfə gedib Ayətullah Sistaninin əllərini öpməsi lazım deyilmi!
 
İŞİD gözünü Ərəb yarımadasına dikib. Səudiyyə Ərəbistanında hakim olan məlumatsızlıq, içinə qapanmaq və s. səbəblərdən İŞİD-in Ərəbistanda kifayət qədər tərəfdarları var. Sələfi məscidlərdə gənclərə yönəlik söhbətlərdə və verilən fətva İŞİD tərəfdarları açıq şəkildə görünür. Gələcəkdə Səudiyyə Ərəbistanının İŞİD-in mərkəzi halına gəlməsi ehtimalı uzaqda deyil. Qətif başda olmaqla digər bölgələrdəki şiələrə qarşı edilən hücumlar bunun dəlilidir.
 
Səudiyyə rəhbərlərinin siyasət və mövqelərini nəzərdən keçirmələri lazımdır. Çünki bu yanlış siyasətlə öz səltənətlərini də təhlükəyə atırlar".

Google+ WhatsApp ok.ru