Səfir: `Arzu edirəm tezliklə Qüds günü Fələstinin işğal olunmuş torpaqlarının azad olunması günü kimi qeyd olunsun`

Fələstin Muxtariyyatının Azərbaycandakı səfiri Nasir Əbdülkərim Əbdürrəhman Qüds günü ilə bağlı Maide.az-a açıqlama verib.

O bildirib ki, Qüds müsəlmanların ilk qibləsi olduğu üçün dünyanın bütün müsəlmanları üçün önəmlidir: " İmam Xomeyni (rə) həzrətlərinin təşəbbüsü ilə Ramazan ayının sonuncu cümə günü beynəlxalq Qüds günü kimi dünya ölkələrində qeyd olunur. Qüds həmçinin İslam Peygəmbərinin (s) meraca getdiyi günü xatırladır. Fələstinin işğal olunmuş torpaqlarının tezliklə azad olunması üçün dua edirəm və arzu edirəm ki, tezliklə Qüds günü Fələstinin işğal olunmuş torpaqlarının azad olunması günü və həmçinin Qüds günü işğal olunmuş bütün  müsəlman torpaqlarının  işğaldan azad olunduğu gün kimi qeyd olunsun. O gün gəlsin ki, Qüds gününü inşallah bütün müsəlmanlar üçün sülh, sabitlik və azadlıq günü kimi qeyd olunsun." /

Google+ WhatsApp ok.ru