Səfir: `Qərb ölkələri terrorla mübarəzəyə daha çox enerji sərf edəcək`

"Region hazırda böyük təhlükəsizlik problemi ilə üz-üzədir. Bunun kökü isə əslində regiondan kənardadır". Bunu İranın Azərbaycandakı səfiri Möhsün Pak Ayin bu gün keçirdiyi mətbuat konfransında deyib.
 
"Təəssüflər olsun ki, regiondan kənarda yerləşən bəzi ölkələr radikal qrupları meydana gətirməklə regionun təhlükəsizliyini pozmağa cəhd edir. Radikal qruplar təhlükəsindən əlavə, biz narkotik qaçaqmalçılığı təhlükəsi ilə də üz-üzəyik. Bunun da kökü regiondan kənara gedib çıxır", - deyə səfir bildirib.
 
Diplomat qeyd edib ki, NATO 12 il əvvəl narkotik qacaqmalçılığı və terrorla mübarizə adı altında Əfqanıstana daxil olub: "Lakin onlar nəinki terroru, narkotik qaçaqmalçılığını aradan qaldırdılar, əksinə, biz orada narkotik qacaqmalçılığının artmasının şahidi oluruq”.
 
Səfir İranın bu təhdidlərə qarşı mübarizə aparmaq istəyən istənilən region ölkəsi əməkdaşlıq etməyə hazır olduğunu diqqətə çatdırıb.
 
"Hazırda müəyyən müsbət əlamətlər nəzərə çarpır. Bəzi qərb ölkələri artıq terrorla mübarizə aparmaqdadır. Düşünürəm ki, Vyana razılaşmasından sonra onlar terrorla mübarəzəyə daha çox enerji sərf edəcəklər. Terror və radikallığa qarşı bütün dünya miqyasında mübarizə aparılmalıdır. Bizim bu sahədə Azərbaycanla çox sıx əməkdaşlığımız var", - deyə diplomat vurğulayıb.

Google+ WhatsApp ok.ru