Səudiyyə rejiminin Yəmənə hücumları davam edir

insanların vəziyyəti acınacaqlıdır

Ötən gecə də Yəmənin Sədə, Ləhic, Həccə və Marib vilayətləri bir daha bombalanıb. Bu hücumlarda bir qrup yəmənli şəhid olub və yaralanıb. 
Maide.az xəbər verir ki, Səudiyyə Ərəbistanı təyyarələri Yəmənin Sədə vilayətində bir bölgəni bombardman ediblər. Nəticədə bir ailənin ən azı 4 üzvü həlak olub. 
Səudiyyəlilərin amansız hücumlarının davam etməsi Yəməndə insan faciəsini yaradır və humanitar yardım qrupları ərzaq və dərmana ehtiyaclı 21 milyon yəmənlinin acınacaqlı vəziyyəti barədə xəbərdarlıq ediblər. 
Son rəsmi statistikaya əsasən, Yəməndə şəhid olan və yaralananların sayı 15 mindən çoxdur. 
Bu arada Yəmən ordusu və xalq qüvvələri də ötən gecə səudiyyəlilərin Cizandakı bir hərbi bazasına hücum edərək bir qrup səudiyyəli hərbçini öldürüblər. 
Yəmən ordusu və xalq qüvvələri Ərəbistanın sərhəd bölgələri, o cümlədən bu ölkənin sərhəd qvardiyasının Nəcran komandanlığı və Zəhranda əl-Məltah hərbi bazasını raket və top atəşinə tutublar. Nəticədə 12 Səudiyyə Ərəbistan hərbçisi öldürülüb və yaralanıb. /

Google+ WhatsApp ok.ru