Səhiyyə Nazirliyi Bakıda şadlıq evindəki kütləvi zəhərlənmə ilə bağlı məlumat yayıb 10 Avqust 2015 01:00 Sağlamlıq Səhiyyə Nazirliyi Bakıda “Zəngəzur” şadlıq evində baş vermiş kütləvi zəhərlənmə ilə bağlı məlumat yayıb. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən xəbərə görə, 8 avqustda Binəqədi rayonundakı “Zəngəzur” şadlıq evində keçirilən toy mərasimində baş vermiş zəhərlənmə hadisəsində 77 nəfər zəhərlənən, o cümlədən 15 uşaq tibbi yardım almaq tibb müəssisələrinə müraciət ediblər. Müraciət edənlərlər əsasən Kliniki Tibbi Mərkəzə və 7 nömrəli Uşaq Yoluxucu Xəstəxanasına yerləşdiriliblər, onlara müvafiq tibbi yardım göstərilb. Hazırda 41 nəfərin müalicəsi davam edir, onların vəziyyəti kafidir. Onların hamısına bütün zəruri tibbi yardım göstərilir, profilaktik tədbirlər görülür. Laborator müayinə üçün qusuntu və yuyuntu materialları götürülüb. Araşdırma zamanı müəyyən edilib ki, qida zəhərlənməsinə şübhəli məhsul kimi “paytaxt salatı” ehtimal olunur. Hadisənin araşdırılması davam edir. Teqlər : #Səhiyyə Nazirliyi Bakıda şadlıq evindəki kütləvi zəhərlənmə ilə bağlı məlumat yayıb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Yaşıl qozun balla qarışığı - MİN BİR DƏRDİN DƏRMANI Səhər yeməyi yeməməyin 5 ziyanı - ARAŞDIRMA
Karantin dövründə çoxlu qida qəbulu xoşagəlməz nəticələrə yol aça bilər - Mütəxəssis xəbərdarlıq edir