Səfirlik: İran dövləti itkin düşmüş azərbaycanlı balıqçıların tapılması üçün bütün qüvvәlәrini sәfәrbәr edib

“İran dövləti itkin düşmüş Azərbaycan balıqçılarının tapılması üçün bütün qüvvәlәrini sәfәrbәr edib. Axtarışlar davam edir”.
 
Maide.az xəbər verir ki, bu barədə İran İslam Respublikasının Azərbaycandakı səfirliyinin açıqlamasında bildirilib. Səfirlikdən deyiblər ki, hələlik axtarışlar nəticə verməyib: “Hələ ki heç bir mәlumat yoxdur”.
 
Qeyd edək ki, ötən həftə Pirallahıdan balıq tutmaq üçün Xəzərə çıxmış 4 neftçalalı balıqçı itkin düşüb. Sonradan onların İranın müvafiq orqanları tərəfindən saxlanılaraq bu ölkəyə aparıldığı barədə xəbərlər yayılıb.

Google+ WhatsApp ok.ru