Səud rejimi Yəmənlə sərhədə tanklar toplayır

Səudiyyə Ərəbistanı ilə Yəmən sərhədlərinə tanklar və zirehli transportyorlar ibarət hərbi kontingenti irəliləyir.
Maide.az xəbər verir ki, bu barədə "Al Arabiya" telekanalı məlumat yayıb.
 
Məlumata görə, Səudiyyə Ərəbistanının hakimiyyəti Yəmənlə həmsərhəd olan Əl-Hars vilayətinə xeyli hərbi kontingenti göndərib.
 
Dünən məlumat yayılmışdı ki, Səudiyyə Ərəbistanı qoşunları şimali yəməndə Saad əyalətində olublar və Yəmən daxilinə doğru bir neçə kilometr irəliləyiblər. Əməliyyat Ənsarullaha aid bütün obyektlərin məhv edilməsi adı altında həyata keçirilir. 
 
Qeyd edək ki, Saad vilayəti Ənsarullahın əsas dayaq bazaı hesab edilir.

Google+ WhatsApp ok.ru