Sərnişin qatarı yük maşını ilə toqquşdu: 12 yaralı

Çexiyanın Şluknov şəhərində sərnişin qatarı yük maşını ilə toqquşub.
 
APA-nın “Gazeta.ru”-ya istinadən verdiyi məlumata görə, nəticədə 12 nəfər xəsarət alıb.
 
Onlardan 4-ün vəziyyətinin ağır olduğu bildirilir.
 
İlkin məlumata əsasən, DAF markalı yük avtomobili qorunmayan keçidi keçərkən qatarla toqquşub. Sürücü ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Müvəqqəti olaraq dəmiryol sahəsində bütün qatarların hərəkəti dayandırılıb./
 

Google+ WhatsApp ok.ru