Səudiyyə rejimi: `Almaniyada 200 məscid tikək`

Hər gün yüzlərlə Yəmənlini qətliam edən təcavüzkar Səudiyyə Ərəbistanı Almaniyada Suriyadan olan qaçqınlar üçün 200 məscid tikməyi təklif edib. Bunu Almaniyanın Frankfurter Allgemeine Zeitung qəzeti yazıb.
 
Maide.az xəbər verir ki, təcavüzkar Səudiyyə Ərəbistanı miqrantlar üçün islama qulluq etməyə şərait yaratmağı özünə  mənəvi borc  hesab etdiyini bildirir. Səudiyyə Ərəbistanı məscid tikintisini Almaniya höküməti ilə əlaqələndirəcəyinə də söz verir.
 
Qeyed edək ki, eyni vaxtda həmin Səudiyyə Ərəbistanı Suriyadan olan qaçqınlara iş icazəsi verməyi 2011-ci ildə dayandırıb.
2014-cü ildə Səudiyyə Ərəbistanı cəmi 561 qaçqın qəbul edib və cəmi 100 qaçqına sığınacaq verib. Bundan başqa özünü xeyirxah kimi göstərməyhə çalışan Səudiyyə Ərəbistanının rejiminin başçılıq etdiyi koalisiya qüvvələri Yəmənin Marib və əl-Cof vilayətində  yerləşdirib.  Səudiyyə Ərəbistanı, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri və Qətər qüvvələri bu bölgədədirlər. 
Məlumata görə, təcavüzkar rejimin baçılığı altında quru qoşunların Yəmənə təcavüzündən məqsəd Sənanı ələ keçirməkdir. Səudiyyə rejiminin Yəmənə təcavüzü nəticəsində minlərlə müsəlman evindən didərgin düşüb, yüzlərlə insan şəhid olub və yaralanıb. 
BMT-nin məlumatına görə, bu ilin əvvəlində Avropa Birliyi ölkələrinə 378 min qaçqın gəlib./

Google+ WhatsApp ok.ru