Səbra və Şətila cinayətinin ildönümündə anti-İsrail aksiyası

Sionist rejimin Səbra və Şətila düşərgələrində fələstinli didərginlərə qarşı soyqırımının 33-cü ildönümü münasibəti ilə minlərlə livanlı və fələstinli  Beyrutda aksiya keçirib.
Maide.az  Təsnimnews xəbər agentliyinə istinadən məlumat verir ki, etiraz aksiyasında iştirak edənlər əllərində Livan və Fələstin bayraqlarını daşıyaraq  Səbra və Şətila soyqırımına görə məsuliyyət daşıyan şəxslərin  cəzalandırılmasını tələb ediblər.  
Səbra və Şətilə soyqırımı qurbanlarının bəzi ailə üzvləri də bu aksiyada iştirak edərək, əllərində övladları və yaxınlarının fotoşəkillərini daşıyıblar.
16-18 sentyabr 1982-ci il tarixində sionist rejim hərbçiləri İsrailin həmin dövrdəki müharibə naziri  Ariyel Şaronun başçılığı altında və Livan falanjistlərinin əməkdaşlığı ilə Səbra və Şətilada fələstinli didərginlərin düşərgəsinə basqın edib orada soyqırım həyata keçiriblər.  Bu cinayət hadisəsində 3 min fələstinli o cümlədən çoxlu sayda uşaq və qadın şəhid edilmiş, cəsədləri tikə-tikə doğranmış və kütləvi məzarda basdırılmışdı. /

Google+ WhatsApp ok.ru