Səudiyyə rejiminin Sədəyə hava hücumunda 50 yəmənli şəhid olub

Səudiyyə Ərəbistanının təyyarələri  Yəmənin Sədə vilayətində bazara hücum edib ki, hücum nəticəsində 50 nəfər şəhid olub.
Maide.az xəbər verir ki,  əl-Aləm telekanalının məlumatına görə, səudiyyəli təcavüzkarların  Yəmənin Sədə vilayətinin  əl-Miqnə bölgəsində  bazara hücumü nəticəsində 50 nəfər şəhid olub, 14 nəfər isə  yaralanıb. 
Yəmən paytaxtı Sənanın müxtəlif bölgələrində yaşayış massivlərinə hava hücumlarında isə 40 nəfər şəhid olub, 130-dan çox yəmənli yaralanıb. Səudiyyə Ərəbistanın Yəmənin Sədə vilayətində Baqəm və Məcz bölgələrinə hücumlarında da onlarla nəfər  ölüb və ya yaralanıb.
Səudiyyə Ərəbistan qırıcıları həmçinin Marib vilayətində də yaşayış bölgələrinə bir sıra hava hücumları təşkil edib ki, həmin hücumlarda çoxlu sayda yəmənli şəhid olub və ya yaralanıb.  
Yəməndə Səudiyyə Ərəbistanının Cinayətlərinə Gözətçilik Hüquq Koalisiyası elan edib ki, Səudiyyə rejiminin başçılıq etdiyi koalisiyanın Yəmənə hücumu nəticəsində ümumilikdə 13552 nəfər  şəhid olub  və ya yaralanıb.Bu hücumlar nəticəsində şəhid olanların sayı 6090 nəfərdir ki, onlardan  1698 uşaq və 1038-i isə qadındır. /
 

Google+ WhatsApp ok.ru