Səudiyyə Ərəbistanın kralı iki naziri işdən çıxartdı

Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz həcc və şəhərlər və kəndlər üzrə nazirlərini işdən uzaqlaşdırıb. 
Maide.az Əl-Cəzirə kanalına istinadən məlumat verir ki, kral Salman iki nazirdən başqa  həmçinin Müqəddəs Məkkə şəhərinin məkanları üzrə məsul şəxsi işdən uzaqlaşdırıb.
 Məlumata görə, hələlik Həcc nazirliyi vəzifəsində Səudiyyənin su və enerji nazirinə tapşırılıb. 
Qeyd edək ki, dünyanın müxtəlif ölkələrində bir çox din alimləri və siyasətçilər Həcc ziyarətinin təşkilatçılığının Səudiyyə Ərəbistandan alınaraq İslam Ölkələrinə tapşırılmasını tələb edirlər. /
 
 
 

Google+ WhatsApp ok.ru