Səudiyyə krallığı Həcc ziyarətindən gələn pullarla terrorçuları silahla təmin edir

Suriya Statistika Araşdırma və İncələmə Mərkəzinin rəhbəri Həcc ziyarətindəki faciədən və Suriyadakı böhran haqqında danışıb.
Maide.az xəbər verir ki, Mərkəzin rəhbəri Əhməd Edip Həcc ziyarəti zamanı Minada baş verən hadisənin əsas səbəbkarının səud rejimi olduğunu deyib.
Ə.Edip bildirib ki, izdihamda ölən hacılar Səudiyyə Ərəbistanı rəhbərliyi tərəfində qurban gedib.
Minada hacıların ziyarəti zamanı keçidlərdən birindən səudiyyə şahzadəsi keçdiyi üçün həmin keçidin bağlanıldığını deyən Əhməd Edip, izdihamın də məhz buna görə baş verdiyi vurğulayıb.
Əsas düşüncələri vəhabbiliyə söykənən səud rəhbərliyinin hər il Həcc ziyarətindən külli miqdarda pul qazandığını deyən Mərkəz rəhbəri sözlərinə əlavə edib ki, səud krallığı bu pulları müqəddəs məkanların təmir və restavrasiyanı deyil, silah əldə edərək Suriya, Yəmən və İraqdakı terrorçulara göndərir.
Xatırladaq ki, Həcc ziyarəti zaman Minada baş verən hadisə zamanı 4700-dən çox hacı dünyasını dəyişib. /

Google+ WhatsApp ok.ru