Səudiyyə rejiminin hücumları nəticəsində 500 yəmənli uşaq həlak olub

YUNİSEF Səudiyyə Ərəbistanının Yəmənə hücuma başladığı zamandan indiyədək 500-dən artıq uşağın həlak olduğunu bildirib.
Maide.az xəbər verir ki,  Fransanın Le Puan həftəliyinin internet portalı məlumat yayıb ki, BMT-nin Uşaq Fondu YUNİSEF cümə günü elan edib ki, Yəməndə qarşıdurmalar başlandığı zamandan indiyədək 500-dən çox uşaq həyatını itirib və təxminən 1 milyon 700 min nəfər də yanlış qidalanma təhlükəsi ilə üz-üzədir.  
YUNİSEF-in sözçülərindən Kristof Bulirak mətbuat konfransında deyib ki, Səudiyyə Ərəbistanın Yəmənə 6 aylıq hücumları nəticəsində həlak olan uşaqlardan başqa təxminən 702 uşaq da yaralanıb. 
O deyib ki,  Əhalisinin təxminən 80%-ni 18 yaşdan aşağı şəxslərin təşkil etdiyi ölkədə təxminən 10 milyon uşaq humanitar yardımlara ehtiyaclıdır. "Ümumilikdə bir milyon 400 min nəfər müharibəyə görə didərgin düşüb." 
Qeyd edək ki, BMT-nin İnsan Haqları üzrə Ali Komissarlığının statistikasına görə, Səudiyyə Ərəbistanın Yəmənə hücumlarında indiyə qədər 2 min 355 nəfər həlak olub, 4 min 862 nəfər isə yaralanıb./

Google+ WhatsApp ok.ru