Səud rejimi narahat oldu: müdafiə naziri Rusiyaya gedir

Suriyada İŞİD-in başına yağdırılan bombaların səsi Səudiyyə Ərəbistanından gəlir. Maide.az xəbər verir ki, baş verən proseslərdə Rusiyanın rolunu azaltmak üçün Səud rejiminin müdafiə naziri, şahzadə Məhəmməd bin-Salman oktyabrın 11-də Rusiyaya səfər edəcək. Onun Rusiya prezidenti Vladimir Putinlə də görüşü gözlənilir.
Bütün dünyanın nəzərdə tutulan səfərin Suriyadakı hadisələr olduğunu bildiyi halda, Məhəmməd bin Salman gülünc açıqlama ilə, "Bizi ortaq neft, kənd təsərrüfatı, eləcə də Fələstin problemi üzrə qarşılıqlı anlaşma kimi ortaq maraqlar birləşdirir. Münasibətlər qura bilməyimiz üçün çoxlu məsələlər var. Biz onları bütün sahələrdə gücləndirməliyik", - deyib. 

Google+ WhatsApp ok.ru