Səud rejiminin hərbi təcavüzü nəticəsində Yəməndə kəskin su böhranı yaşanır

Yəməndə Səudiyyə Ərəbistan rejiminin hava hücumları və silahlı  toqquşmalar nəticəsində suyun qiyməti sürətlə artmaqdadır.
Maide.az xəbər verir ki, Səudiyyə rejiminin başçılığı altında ərəb koalisiyasının Yəmənə qarşı aviazərbələri və bu ölkənin hərtərəfli blokadası nəticəsində su qıtlığı getdikcə ciddi böhrana çevrilir.
Quyularından su çıxarmaq üçün istifadə edilən su nasoslarının bir çoxu yanacaq qıtlığı səbəbindən slradan çıxıb və başqa quyulardan çıxarılan su isə gigiyenik normalara cavab vermir.
Yəmənin bəzi şəhər və kənd qəsəbələrində, o cümlədən iki milyon əhalisi olan paytaxt Sənada imkanlı sakinlər istifadə etdikləri suyun qiymətini kasıb təbəqənin yaşadığı rayonlara pulsuz daşımaq üçün nasos və tankerlər sahiblərinə ödəyirlər və beləliklə də, su daşımaq missiyasını öz üzərlərinə götürmüş qadınlar və uşaqlar öz qablarını doldurmaq imkanı əldə edirlər.
Səudiyyə rejiminin başçılığı altında ərəb koalisiyası Yəməni havadan, qurudan və dənizdən blokadada saxlayır.  Humanitar yüklərin yəmən xalqına  çox çətinliklər və məhdudiyyətlərlə çatdırılır. Ekspertlər  və BMT-nin yardım təşkilatları uzun müddətdir ki, Yəməndə humanitar böhranın baş verməsi ilə bağlı xəbərdarlıq edirlər.  /
 
 
 
 
 
 

 

Google+ WhatsApp ok.ru