Səudiyyə rejimi işğalçı İsraildən dəmir qübbə sistemi alır

Sionist KİV-ləri Yəmən müharibəsində İsrail rejiminin Səudiyyə Ərəbistanını dəstəkləməsini və İsraildən Dəmir Qübbə sistemi almaq planına Fars Körfəzi ölkələrinin Əməkdaşlıq Şurasında baxıldığını xəbər veriblər.
Maide.az xəbər verir ki, İsrail rejiminin “Maariv” qəzeti yaydığı xəbərdə bildirir ki, Səud rejiminin Yəmənə hərbi təcavüzü zamanı Sionist rejimi tərəfindən dəstəklənməsinə və Tel-Əvivdən yardım almasına dair faktlar mövcuddur.
“Maariv” xəbərin davamında qeyd edib ki, Fars Körfəzi Əməkdaşlıq Şurasına üzvə ölkələr İsraildən Dəmir Qübbə sistemlərinin alınması ilə bağlı layihəyə baxmaq niyyətindədirlər.
Lakin, “Əl-Cədid Press” Yəmən ordusunun sözcüsü Şərəf Loğmana istinadən məlumat yayıb ki, Sionist rejimi bir sıra hərbi texnika, o cümlədən bir neçə raket Ərəbistanın cənubunda yerləşən Xəmis Məşit hərbi bazasına yollayıb.
Ş. Loğman həmçinin bildirib ki, Yəmən ordusu və xalq qüvvələri bugün səhər ballistik raketlərlə sözügedən hərbi bazanı hədəfə alıb.
O əlavə edib ki, Xəmis Məşit-də yerləşən “Xalid bin- Əbdüləziz” hərbi hava bazası Sionist rejiminin hava qüvvələrinin dislokasiya olunduğu ən başlıca hərbi obyektlərdən sayılır. /
 

Google+ WhatsApp ok.ru