Səud rejiminin Yəmənə hərbi təcavüzü davam edir

Səudiyyə Ərəbistana məxsus qırıcı təyyarələrin Yəmənə hücumları nəticəsində bu ölkənin iki vətəndaşı həyatlarını itirib. Eləcədə, Ərəbistana aid bir biplotsuz təyyarə Yəməndə süqut edib.
 
Maide.az xəbər verir ki, Səud rejiminə aid qırıcı təyyarələrin çərşənbə axşamı günü səhər Yəmənin şimalında Səde vilayətinin Razeh bölgəsində yerləşən Ğəmar və Əl-Şəvareq rayonlarına endirdiyi aviazərəbələr nəticəsində 2 dinc sakin həlak olun.
 
Ötən gün də sözügedən vilayətinin Heydan qəsəbəsinə 10 kaset bombası atılıb.
 
Ərəbistan reaktiv təyyarələri Yəmənin cənubunda Məxa rayonunda Dar-əl-Şuca və Təəz vilayətində eyniadlı hava limanını bombalayıb.
 
Səudiyyə Ərəbistanı cari ilin 26 mart tarixindən etibarən BMT-nin sanksiyası olmadan Yəmənin istefa vermiş prezidenti Əbdurabi Mənsuru hakimiyyətə qaytarmaq məqsədilə bu yoxsul ərəb ölkəsinə hücumlara başlayıb. Bu hücumlar nəticəsində indiyədək 7 mindən çox yəmənli şəhid olub. /
 

 

Google+ WhatsApp ok.ru