Səudiyyə rejiminin şiələrə qarşı diqqətsizliyini əks etdirən məktub aşkarlandı - fakt

Maide.az-ın islamazeri.az-a istinadən verdiyi xəbərə əsasən, Səud rejiminin şiələrə qarşı diqqətsizliyini təsdiqləyən sənəd aşkarlanıb.
 
Belə ki, Səudiyyə Ərəbistanının təhlükəsizlik rəsmilərindən birinin yazdığı məktub, rejimin şiələrə qarşı biganə olmasını biruzə verib. Təxminən bir ay bundan öncəyə məxsus olan məktub, Ərəbistanın Nəcran bölgəsində şiə məscidinin partlamasından sonra yazılıb. Nəcranın polis rəisi Yəhya bin Musaidə məxsus olan bu məktub, ölkənin ümumi təhlükəsizlik sistemlərinə ünvanlanıb.
 
Məktubun içində qeyd olunanlar rejimin məsciddə törədilən cinayətin baş verməsini öncədən ehtimal verməsi və buna baxmayaraq tədbir görməməsini bildirir. Məktubda məscidlərin yaxın günlərdə terrora məruz qalması və Nəcran şəhərinin məscidindən başqa bütün məscidlərdə təhülkəsizlik tədbirləri görülməsi göstərişi verilib.
 
Qeyd edək ki, Səudiyyə Ərəbistanı rejimi ölkə ərazisində Əhli-Beyt ardıcıllarına məxsus olan məscidlərə qarşı etinadsız yanaşması və antişiə təbliğatı bu il ərzində 4 məscidin terrora məruz qalması ilə nəticələnib.

Google+ WhatsApp ok.ru