Səhiyyə Nazirliyi vərəm xəstələrinin statistikasını açıqlayıb

Ümümdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına əsasən,  dünyada il ərzində 9 milyondan artıq insan vərəm xəstəliyinə yoluxur. 1 milyon 800 min insan isə vərəm xəstəliyindən ölür.
 
Azərbaycan Səhiyyə Nazirliyi də vərəm xəstələri ilə bağlı hesabat açıqlayıb.
 
Nazirlikdən verilən məlumatda deyilir ki, Azərbaycanda vərəmli xəstələrin sayı azalıb: “Vərəm problemi dünya səhiyyə sisteminin qlobal problemi olaraq cəmiyyətin sağlam inkişafına təhlükə yaradır. Müalicə olunmayan bir yoluxucu vərəm xəstəsi 1 ildə 10-15 yeni xəstə yaradır. Xəstəliyin vaxtında düzgün müalicə olunmaması əlillik və ölümlə nəticələnir.
 
Hazırda Səhiyyə Nazirliyinin rəhbərliyi altında Еlmi-Тədqiqat Аğciyər Хəstəlikləri İnstitutunun nəzdində Milli Vərəm Proqramı Mərkəzi fəaliyyət göstərir. Mərkəz Beynəlxalq Qırmızı Xaç Komitəsi, ÜST, “Abt Associaties”, USAID kimi təşkilatlarla əməkdaşlıq çərçivəsində çalışır. Vərəmin müalicəsi Milli Strategiya Planına uyğun təşkil edilir”.
 
Nazirlikdən qeyd ediblər ki, vərəmli xəstələrin müalicəsi 68 ixtisaslaşdırılmış müəssisə tərəfindən həyata keçirilir. Hazırda 1 institut, 7 dispanser, 18 xəstəxana, 11 vərəm əleyhinə cabinet fəaliyyət göstərir.
 
Qeyd edək ki, vərəm əsasən hava-damcı yolu ilə ötürülən infeksion xəstəlikdir. Xəstəliyin vaxtında düzgün müalicə olunmaması əlillik və ölümlə nəticələnir.
 
Xatırladaq ki, 1993-cü ildə ÜST vərəm xəstəliyinin yayılmasının qarşısının alınması və epidemioloji vəziyyətin nəzarət altında saxlanılması məqsədilə dünyada gərgin epidemioloji vəziyyət elan etmiş, bu xəstəliyə qarşı bütün ölkələrə birgə mübarizə aparmağı tövsiyyə olunmuşdur.
 
2005-ci ildə ÜST bu xəstəliyin dünyada sürətlə artmasını nəzərə alaraq “fövqəladə vəziyyət” elan etmişdir.
 
ÜST dünya ictimaiyyəti qarşısında 2050-ci ilədək vərəmin yayılmasını qeyri əhəmiyyətli səviyyəyə çatdırılması vəzifəsini qoyur. Lakin buna nail olmaq üçün həm səhiyyə sistemləri, həm də bütün dünya ölkələrinin hökumətləri tərəfindən ciddi səylər tələb olunur.(virtualaz)

Google+ WhatsApp ok.ru