Səud rejiminin Həcc gəlirləri nə qədərdir?

Səudiyyə Ərəbistan Allahın evinin genişlənməsinə sərf etməli olan vəsaitləri oğurlayır

Ən son məlumatlarda göstərilir ki, Səud rejimi necə ötən 24 il ərzində Həcc mərasiminin keçirilməsindən milyardlarla dollar vəsait əldə edib, lakin çox cüzi bir məbləği Allah evinin genişləndirilməsinə və hacılar üçün göstərilən xidmətlərin səviyyəsini yaxşılaşdırmağa sərf edib.  
Maide.az xəbər verir ki, əl-Mersad xəbər saytı Səud sülaləsinin son 24 ildə Həcc mərasimindən əldə edilən gəlirlərin həcmini araşdırıb, və bunun Allahın evinin genişləndirilməsi və zəvvarlara xidmət səviyyəsinin yaxşılaşdırılmasına çəkilən xərclərlə müqayisə edərək bildirib:  Ərəbistanın təqdim etdiyi statistik məlumatlar onu göstərir ki son 24 ildə 38.773000 nəfər müsəlman Həcc, 192.786.632 nəfər isə Ümrə ziyarətini yerinə yetirmək üçün Məkəyyə gedib. Bu müddət ərzində hacılar ümumilikdə 1650 milyard Ərəbistan rialı ( 440 milyard ABŞ dolları) Ərəbistanda xərcləyiblər.
1990-cı ildə hacıların sayı 872236 nəfər idi. Bu rəqəm 1991-1994-cü illərdə 992813-995611 nəfər arasında dəyişib.
1996-cı ildən 2002-ci ilədək bu rəqəm 1.500.000 nəfərədək artıb və 2003-cü ildən 2008-ci ilədək zəvvarların sayı 2 milyon nəfərə, 2009-2014-cü illər ərzində isə 3 milyon nəfərə çatıb.
Sual yaranır ki, belə böyük bir gəlirdən Səud rejimi Allahın evinin genişləndirilməsi üçün nə qədər vəsait xərcləyir?
Ərəbistan rəhbərliyi ötən 24 il ərzində Kəbə evinin genişləndirilməsi üçün iki layihə- biri Kral Fəhd və digəri isə Kral Abdulla Bin Əbdüləzizin dövründə həyata kəçiriblər.
Kral Fəhdin dövründə genişləndirmə planına çəkilən xərclər mülkiyyət hüquqlarından məhrum etmə (ətraf ərazilər) də nəzərə alınmaqla, 11 milyard dollara çatıb. Bu xərclər Kral Abdullahın hakimiyyəti dönəmində də  11 milyard dollara qədər olub. Bu layihə 6 il ərzində icra edildi. 
Bu məlumatları təhlil etməklə, məlum olur ki, Ərəbistan rəsmiləri son 24 il ərzində Həcc mərasimindən ümumilikdə qazandıqları 440 milyard dollardan cəmi 22 milyard dollar genişləndirmə və xidmət səviyyəsinin yüksəldilməsinə sərf ediblər. 
Eləcədə, belə bir sual yaranır ki, Səud rejiminin son 24 il ərzində əldə etdiyi gəlir nə qədərdir?
Ərəbistan Maliyyə Nazirliyinin yaydığı rəsmi məlumata görə, ərəbistan rejiminin son 24 il ərzində əldə etdiyi ümumi gəlirin miqdarı 238 trilyon dollar olub. Yəni, bu ümumi gəlir orta hesabla hər il 120-270-550 milyard dollar arasında dəyişib. /
 

Google+ WhatsApp ok.ru