Səud kralı G20 samitti zamanı 18 milyon dollara hoteli tamamilə kiralayıb

Səud rejimi kralı G20 sammitində iştirak etmək üçün Türkiyənin Antalya şəhərində luks bir hoteli tamamilə kiralayıb.
 
Maide.az xəbər verir ki, 15 noyabrda Türkiyədə G20 sammitində iştirak edəcək  Ərəbistan kralı Salman Bin Əbdüləziz min nəfərlik heyətlə Antalyadakı Mərdan Palase hotelini 18 günlük kirayə edib.
 
Ərəbistan heyətinin mehmanxanada qalmaq xərci 18 milyon dollara başa gəlir.
 Hürriyyət qəzeti bununla bağlı yazıb: Dünyanın ən yaxşı turizm və əyləncə hotellərindən hesab olunan və 650 nömrəsi olan Mərdan Palase mehmanxanası 18 günlük qonaq qəbul etməkdən imtina edəcək.
 
Qəzetin məlumatında deyilir ki, mehmanxana işçiləri Səudiyyə heyətinə ev sahibliyi etmək üçün xüsusi təlim keçiblər, otaqların dekorasiyası dəyişdirilib və Ərəbistan heyətinin gəlişi mnasibətilə onların qarşısına qırmız xalça salınacaq./
 
 

Google+ WhatsApp ok.ru