Səudiyyə Ərəbistanında seçkilərdə ilk dəfə olaraq, qadınlar iştirak edir

Səudiyyə Ərəbistanında ilk dəfə olaraq, qadınların namizəd və seçici qismində iştirak etdikləri bələdiyyə seçkiləri keçirilir. Bununla belə, kişilər və qadınlar ayrılıqda səs verməlidirlər.
 
Bu barədə SalamNews RİA “Novosti”yə istinadla xəbər verir.
 
Səsvermə yerli vaxtla təxminən saat 08:00-da başlayıb.
 
Səudiyyə Ərəbistanı dünyada indiyədək qadınların seçkilərdə iştirakının qadağan edildiyi yeganə ölkə idi. /

Google+ WhatsApp ok.ru