Səudiyyə Ərəbistan Misirdə 8 milyard dollarlıq sərmayə yatırır

Səudiyyə Ərəbistan Misirin 5 il neft ehtiyacını təmin edəcək və bu ökəyə 8 milyard dollar dəyərində sərmayə yatıracaq. 
Maide.az  xəbər verir ki, Səudiyyə Ərəbistanın rəsmi xəbər saytı elan edib ki, bu ölkənin müdafiə naziri Məhəmməd bin Salman Qahirədə Misirin baş naziri Şərif İsmail ilə görüşüb. 
Məlumata əsasən, həmçinin Səudiyyə Ərəbistan və Misir rəsmiləri Səudiyyənin bu ölkəyə edəcəyi yardımlar və investisiya ilə bağlı müzakirələr aparmaq üçün yanvarın 5-də bir daha görüşəcəklər. 
M.Salman deyib ki, Məlik Salman göstəriş verib ki, Misirə 30 milyard rial (8 milyard dollar)  investisiya yatırılsın. Həmçinin Misirin neftə olan ehtiyacı 5 il müddətinə yardım edəcək. 
Məlumatda Səudiyyənin Misirə edəcəyi yardımların detalları açıqlanmayıb. 
Qeyd edək ki, son illər Səudiyyə Ərəbistan  Misirə milyardlarla dollar yardım edib və bu ölkədə kəlan investisiyalar yatırıb. Fars Körfəzinin ərəb ölkələri cari ilin mart ayında Qahirədə İnvestisiya Konfransı çərçivəsində elan etmişdilər ki, Misirdə vəziyyətin yaxşılaşdırılması üçün 12 milyard dollar vəsait ayrılacaq. 
Bu vəsaitin 6 milyard dolları Misirin Mərkəzi Bankının ixtiyarına verilib ki, ölkənin xarici valyutaya olan ehtiyacını təmin etsin. Qalan yardım isə bu ölkədə investiya yatırılıb. /
 
 

Google+ WhatsApp ok.ru