Sərnişindaşıma xidmətində bəzi tariflər dəyişdirildi

Dekabrın 25-də Tarif (qiymət) Şurasının növbəti iclası keçirilib.
 
Tarif Şurasının Katibliyindən Trend-ə verilən məlumata görə, iclasda “28 May” metro stansiyası - Heydər Əliyev Beynəlxalq Aeroportu marşrutu üzrə ekspress avtobuslarda sərnişindaşıma xidmətinin tarifinin yuxarı həddi 1,30 manat, hava nəqliyyatı ilə Gəncə-Naxçıvan reysi üzrə isə sərnişindaşıma xidmətinin tarifinin yuxarı həddi isə 49 manat səviyyəsində təsdiq edilib. /
 

Google+ WhatsApp ok.ru