Səudiyyə Ərəbistanın Yəmənə hücumlarında 7 mindən çox yəmənli öldürülüb

7 mindən çox Yəmənli təcavüzkar Səudiyyə Ərəbistanın başçılıq etdiyi  koalisiyasının Yəmənə hücumlarında öldürülüb.
Maide.az xəbər verir ki, Yəmən Hüquq və İnkişaf Qanuni Mərkəzi  hesabat yayımlayıb və elan edib ki, təcavüzkar Səudiyyə Ərəbistanın başçılıq etdiyi bu ölkəyə hücumlarının başlandığı gündən dekabr ayınadək Yəməndə 7 min 411 nəfər öldürlüb, 13 min 846 nəfər isə yaralanıb.  
Məlumatda bildirilir ki, öldürülən və yaralananların əksəriyyətini qadın və uşaqlardır. 
Yəməndə Hüquq və İnkişaf Qanuni Mərkəzi yəmənli didərginlərin sayını 900 min nəfərdən çox olduğunu bildirib. /
 
 

Google+ WhatsApp ok.ru