Səudiyyə rejiminin Yəmənə təcavüzünün nəticəsi: 1725-i uşaq olmaqla 7400 -dən çox insan həlak olub

Yəmən İnsan Haqları təşkilatları elan edib ki, Səudiyyə Ərəbistanın Yəmənə təcavüzü nəticəsində inidiyədək 7441 nəfər həlak olub ki, onlardan 1725-i az yaşlı uşaqlardır.ı

Maide.az Yəmənin el-Mosle televiziyasına istinadən xəbər verir ki, Yəmən İnsan Haqlar Təşkilatları öz məruzələrində bildiriblər ki, Səudiyyə Ərəbistanın rejiminin başçılıq etdiyi koalisiyanın Yəmənə ötən 9 ayda təcavüzü nəticəsində 13846 nəfər yaralanıb ki, onlardan 1492-i nəfəri az yaşlı uşaqlardır.

İnsan Haqları Təşkilatları elan ediblər ki, bu hücumlar və təcavüz nəticəsində Yəməndə infrastruktura ciddi ziyan dəyib, məktəblər, xəstəxanalar və evlər dağıdılıb./

 

Google+ WhatsApp ok.ru