Səudiyyə Ərəbistanının paytaxtındakı partlayışa görə məsuliyyəti İŞİD üzərinə götürdü

 
İŞİD terror qruplaşması Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyaddakı partlayışa görəməsuliyyəti öz üzərinə götürdü. 
 
Maide.az xəbər verir ki, Səudiyyə  Ərəbistanın dövlət agentliyi  yazıb ki, bazar ertəsi günü Ər-Riyadda bomba qoyulmuş avtomobil  partladılıb. 
 
İŞİD  bu partlayışın məsuliyyətini öz üzərinə götürüb. 
Partlayış  Əziziyə bölgəsində  Səudiyyə vətəndaşına məxsus avtomobildə və onun evinin qarşısında baş verib. 
 
Partlayış nəticəsində ölən olmasada  ətrafdakı evlərə və avtomobillərə ziyan dəyib. 
 
İŞİD elan edib ki, partlayış baş verən avtomobil Səudiyyə təhlükəsizlik xidmətinin  əməkdaşının olub. /
 

Xəbərlərimizi Maide.az-ın facebook səhifəsində də izləyə bilərsiniz.

 

Google+ WhatsApp ok.ru