Səudiyyə Ərəbistanında müəllim 6 həmkarını qətlə yetirib

Səudiyyə Ərəbistanında təhsil departamentinə silahlı hücum edilib.
APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, hücum edən şəxs müəllim olub. Məlumata görə, o, binaya daxil olaraq həmkarlarına atəş açmağa başlayıb. Hadisə zamanı 6 nəfər həlak olub, 2 nəfər isə yaralanıb.
Hücum edən şəxs saxlanılıb.
İnsidentin səbəbləri araşdırılır. /
 

Google+ WhatsApp ok.ru