Səudiyyə Ərəbistanın əl-Əvamiyyə rayonunda etiraz aksiyası-FOTO

Səudiyyə Ərəbistanda şiələrin məsunlaşdığı Qətif əyalətinin əl-Əvamiyyə bölgəsində hökumət əleyhinə etiraz aksiyası  keçirilib.
 
Maide.az xəbər verir ki, etiraz aksiyası Səudiyyə rejimi təhlükəsizlik qüvvələri tərəfindən Əvamiyyədə yaşayan  Əli Mahmud Abdullah  adlı  bəhreynli şiə gəncin oldürülməsindən sonra baş tutub. 
 
Səudiyyə Ərəbistanın Daxili İşlər Nazirliyi  Əli Mahmud  Abdullahı  təhülükəsizlik qüvvələrinə hücum etməkdə və təxribat törətməkdə ittiham edib. Onun evinə hücum edərək onu öldürüb və daha  26  nəfəri yaralayıblar. 
 
Əvamiyyə  bölgəsi  insan haqları təşkilatları  Ərəbistanın Daxili İşlər Nazirliyinin bu iddiasını  təkzib edib və bildiriblər ki, Abdulahın silahı olmayıb. 
 
Qeyd edək ki, 2011-ci ildən Səudiyyə Ərəbistanın əl-Qətif əyaləti də daxil olmaqla ölkənin bir sıra əyalətlərində siyasi islahatların keçirilməsi məqsədilə kütləvi dinc  aksiyalar və nümayişlər keçirilir. Lakin Səudiyyə Ərəbistanın hakimiyyəti ölkədə nümayiş və etirazları  silah və texnika gücünə yatırmağa çalışır. İndiyədək onlarla dinc sakin öldürülüb  yüzlərlə dinc sakin  isə yaralanıb. /
 
 
 
 

Google+ WhatsApp ok.ru