Səudiyyə Ərəbistandan nümayəndə heyəti Ənsarullahla danışıqlara başlayıb

Səudiyyə Ərəbistanın Yəmənin Ənsarullah Hərakatının rəsmiləri ilə danışıqlara başladığı  bildirilir. 

Maide.az xəbər verir ki. Əl-Məyadin televiziyasına bu haqda məlumat verən Yəmənli mənbə bildirib ki, Səudiyyə Ərəbistandan olan nümayəndə heyəti ilə Ənsarullah Hərakatı nümayəndələri arasında görüş Yəmən-Səudiyyə Ərəbistan sərhəddində baş tutub. 

Məlumata görə, görüş haqqında Səudiyyə Ərəbistan üçüncü bir tərəfin vasitəsi ilə istəyini bildirib və həftəin ilk günü bu görüş baş tutub. 

 Yəmənli mənbə bildirib ki, Səudiyyə Ərəbistan Yəmənin siyasi həyatında Ənsarullah Hərakatının aktiv rolunu  artıq anlamağa başlayıb. /

Google+ WhatsApp ok.ru