Səudiyyə Ərəbistanına silah satışına qarşı Britaniyada simvolik etiraz - VİDEO

Amnesty Internationalın Britaniyadakı üzvləri cümə günü Londonda  etiraz aksiyası keçirib və İngiltərə hökumətinin Səudiyyə Ərəbistana silah satışını pisləyiblər.
 
Maide.az xəbər verir ki, aksiya iştirakçıları üzərində  “Yəmənlilərin canına qəsd etmək üçün, İngilis istehsalı” şüarı yazılmış “Paveway IV” tipli  raketlərin modellərini özləri ilə daşıyıblar. 
 
Amnesty International bildirir ki, İngiltərə hökuməti  Səudiyyə Ərəbistana 2015-ci ildə  2 min  400 raket və 58 ədəd təyyarə satıb. 
 
Aksiya iştirakçıları bildiriblər ki, bacardığımız qədər çalışacayıq ki, diqqəti “Britaniya hökumətinin Səudiyyə Ərəbistana silah satdığına və Yəməndə baş verənlər haqqında məlumatlı olduğumuza” yönəldək. İngiltərə və  Səudiyyə rejimi arasında silah alış-verişinə dair mövcud saziş beynəlxalq qanunlara ziddir və ləğv olunmalıdır. Biz Britaniya hökumətindən tələb edirik ki, Səudiyyə Ərəbistana silah satışını dayandırsın. /
 

Google+ WhatsApp ok.ru