Səudiyyə Ərəbsitanda avtobus aşdı, ümrə ziyarətinə gedən 19 zəvvar həlak oldu

Səudiyyə Ərəbistanda Misirli zəvvarları daşıyan avtobus aşıb, 19 nəfər həlak olub. 
 
Maide.az xəbər verir ki, avtobusda 44 sərnişin olub. Avtobus Məkkədən  Mədinə şəhərinə gedərkən aşıb. Hadisənəticəsində 22 nəfər yaralanıb. 
 
Avtobusun aşmasına səbəb kimi sürücünün yuxulu olması göstərilir.
 
Qeyd edək ki, martın 17-də İordaniyanın cənubunda baş verən yol qəzasında 14 fələstinli zəvvar həyatını itirmiş,  36 nəfər yaralanmışdı. Zəvvarlar ümrə ziyarətinə gedirlərmiş./
 

Google+ WhatsApp ok.ru