Səudiyyə Ərəbistanda seldə 18 nəfər həyatını itirib

Səudiyyə Ərəbistanda güclü yağışların  yağması  sel və daşqınlara səbəb olub. 
 
Maide.az xəbər verir ki, sel və daşqınlar nəticəsində ən az 18 nəfər həlak olub.  
 
“Ötən iki həftə ərzində güclü yağış yağıb ki, bu da müxtəlif  bölgələrdə ən az 18 nəfərin həyatına son qoyub.”  Bu sözləri Ərəbistanın  Şəhərin Qorunması Təşkilatının  sözçüsü Məhəmməd  Hamadi  deyib. 
 
O deyib ki, bu müddət ərzində 900 nəfərdən çox insan  seldən  xilas olunub. 
 
Qeyd edək ki, ötən iki həftə ərzində Məkkə, Riad, Mədinə, Qasim, Bahə,  Nicran, Əsir  və Hail bölgələrində  güclü yağış nəticəsində daşqınlar  baş verib. 
 
 

Google+ WhatsApp ok.ru