Səudiyyə Ərəbistan İranlı hacılar üçün şərt qoydu

Səudiyyə Ərəbistanın Həcc Nazirliyi  İranın Həcc və Ziyarət Təşkilatının  nümayəndələri ilə görüşdə İranlı hacılara Həcc ayininin icrası  üçün icazənin verilməsinə şərt irəli sürüb.
 
Maide.az xəbər verir ki, Səudiyyə Ərəbistanın Həcc Nazirliyinin sözçüsü bildirib ki, İranlı nümayəndə heyəti ilə görüşdə,  Həcc mərasimində İranlı hacılara  toplantıların təşkili,  ucadan dua oxumaq və şüarlar səsləndirmək  qadağan olunub. 
 
Qeyd edək ki, Ali  rəhbər Ayətullah Seyyid Əli Xameneinin Həcc və Ziyarətlər üzrə nümayəndəsi Seyyid Əli Qazi Əskər bir müddət öncə demişdi ki, Səudiyyə Ərəbistan  Həcc  mərasiminin hazırlıq işlərinin görülməsi ilə bağlı danışıqları gecikdirir və bu onu göstərir ki, bu ölkə Həcc mərasimini  təşkil  etmək  istəmir. 
 
O deyib ki, Səudiyyə Ərəbsitanın  xarici işlər naziri demişdi ki, Həcc mərasimi iki ölkənin siyasi əlaqələrindən ayrı məsələdir, lakin əməldə görünən odur ki,Səudiyyəlilər bu dediklərinin əksini edirlər.
 
Xatırladaq ki, Səudiyyə Ərəbistanın  məsuliyyətsizliyi üzündən ötən il Həcc mərasiminda  Mina faciəsi baş verdi,  beynəlxalq  KİV-lərin məlumatına görə,bu faciədə ən azı 2.411 nəfər həlak olub ki, bu rəqəm Ərəbistan rəsmilərinin iddia etdiyi rəqəmlərdən üç qat çoxdur. Bir sıra məlumatlara  görə, Minada baş verən  faciədə minlərlə zəvvar həyatını itirib. 
Minada baş verən faciədə 450 -dən çox İranlı hacı həyatını itirdi. Bu hadisədən sonra  İran və Səudiyyə Ərəbistan arasındakı soyuq münasibətlər  bir az da dərinləşdi. 
 
 
 

Google+ WhatsApp ok.ru