Sərnişin avtobusunun törətdiyi qəza nəticəsində 2 nəfər xəsarət alıb 25 Aprel 2016 01:00 Hadisə Bakının Nizami rayonu ərazisində sərnişin avtobusunun qəza törətməsi nəticəsində bir nəfər ölüb, iki nəfər xəsarət alıb. Maide.Az bildirir ki, bu barədə Trend-ə Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Məlumata görə, hadisə yerində bir nəfər ölüb, iki nəfər isə xəsarət alıb: "Yaralılardan bir nəfərinin xəsarəti yüngül olduğu üçün ona hadisə yerində tibbi yardım göstərilib və evə buraxılıb. Digər yaralı isə şəxs isə bədən xəsarətləri ilə 3 saylı Şəhər Kliniki Xəstəxanasına yerləşdirilib. Xatırladaq ki, yol qəzası bu gün səhər saatlarında Bakının Nizami rayonu ərazisində "Ay işığı" restoranının qarşısında baş verib. Sərnişin avtobusu "Mercedes" markalı minik avtomobili ilə toqquşub. Faktla bağlı Nizami rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 263.2-ci maddəsilə cinayət işi başlanıb. Teqlər : #Sərnişin avtobusunun törətdiyi qəza nəticəsində 2 nəfər xəsarət alıb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Bakıda uşaq bağçasında yanğın olub Bakıda dünənki partlayışın səbəbi məlum oldu - Video